00:00 29-06-2021
news_image
193
AVRO-2020

Ən uzun məğlubiyyətsizlik seriyaları – rekorda 5 oyun qalıb

AVRO-2020-nin 1/8 final mərhələsində Avstriya üzərində qələbə (2:1) İtaliya millisinin məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməsinə səbəb olub.

Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” bununla öz rekordunu yeniləyib.

Ancaq Roberto Mançininin yetirmələri turniri çempion kimi başa vursa belə, dünya rekordunu ələ keçirə bilməyəcək. Çünki ümumi rekord Braziliya və İspaniyaya məxsusdur. İtaliya daha 5 görüşdə uduzmasa, onları geridə qoyacaq.

Ən uzun məğlubiyyətsizlik seriyaları:

1-2. Braziliya - 35 oyun (1993-1996-cı illər)
İspaniya - 35 oyun (2007-2009)
3-4. Argentina - 31 oyun (1991-1993)
İtaliya - 31 oyun (2018-...)
5-6. İtaliya - 30 oyun (1935-1939)
Fransa - 30 oyun (1994-1996)
7. Əlcəzair - 27 oyun (2018-...)
8-9. Fransa - 23 oyun (2010-2012)
Qərbi Almaniya - 23 oyun (1978-1981)