20:56 28-06-2021
news_image
126
AVRO-2020

Hücumçusunu AVRO-2020-də itirdi – “Atletiko”

“Atletiko”nun hücumçusu Joao Feliks ciddi zədə alıb.

Apasport.az saytnın məlumatına görə, ulduz futbolçu Portuqaliya millisinin heyətində sıradan çıxıb.

21 yaşlı oyunçu AVRO-2020-nin 1/8 final mərhələsində Belçika (0:1) ilə matçda topuğundan xəsarət alaraq 2 aylıq sıradan çıxıb. Yaxın günlərdə Portoda əməliyyat olunacaq Feliks yeni mövsümün startını buraxacaq.

Qeyd edək ki, Joao Feliks ötən mövsüm La Liqada keçirdiyi 31 oyunda 7 qol vurub, 5 assist edib.