21:24 28-06-2021
news_image
111
AVRO-2020

Avtoqol etdi, tarixə düşdü – AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsində Xorvatiya ilə oyun İspaniya millisinin yarımmüdafiəçisi Pedri üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, orta sahə oyunçusu avtoqol müəllifi olsa da, tarixə düşməyi bacarıb.

O, start heyətində meydana çıxmaqla, Avropa çempionatlarının pley-offunda iştirak edən ən gənc futbolçu olub. Pedri 18 yaş 215 günlüyündə bunu bacarıb. “Barselona”nın üzvü İngiltərənin əfsanəvi hücumçusu Ueyn Runinin rekordunu 29 gün yaxşılaşdırıb.

Qeyd edək ki, İspaniya millisi ikinci hissəsi gedən matçda 2:1 hesabı ilə öndədir.