22:03 28-06-2021
news_image
124
FUTBOL

La Liqa klubuna keçdi – 36 yaşlı Soldado

İspaniya millisinin sabiq hücumçusu Roberto Soldado yeni komandasını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvard növbəti mövsüm də La Liqada çıxış edəcək.

“Qranada” ilə yollarını ayıran Soldado “Levante” ilə müqavilə imzalayıb. “Levante” rəsmi saytı vasitəsilə veteran forvardla 2 illik saziş imzalandığını açıqlayıb. O, yeni komandasına azad agent kimi keçib. Çünki “Qranada” ilə müqaviləsinin ləğvi üçün 1 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Roberto Soldado ötən mövsüm 43 oyun keçirib, 14 qol, 2 assistlə yadda qalıb.