22:28 28-06-2021
news_image
99
AVRO-2020

Ən yaşlı qolçusu – İspaniya millisinin

Sesar Azpilikueta İspaniya millisinin heyətində ilk qolunu vurub.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsində Xorvatiya ilə keçirilən qarşılaşmada mərkəz müdafiəçisi yığmada “siftə” edib.

Azpilikueta eyni zamanda Avropa çempionatları tarixində fərqlənən ən yaşlı ispaniyalı olub. Futbolçu 31 yaş 304 günlüyündə reallaşdırıb. Onun 57-ci dəqiqədəki qolu komandasını 2:1 hesabı ilə önə keçirib.

Qeyd edək ki, Sesar Azpilikueta 2013-cü ildən İspaniya millisinə çağırılır.