22:12 28-06-2021
news_image
131
FUTBOL

Tarixi rekord – İspaniya millisindən

AVRO-2020-nin 1/8 final mərhələsinin Xorvatiya – İspaniya oyunu bol qollu alınıb.

Apasport.az saytının məlumatına görə, 90 dəqiqə ərzində komandalar hərəyə 3 dəfə fərqləndiyindən, əlavə vaxta ehtiyac duyulub.

İspanlar görüşün əsas vaxtında rəqib qapısından 3 top keçirməklə tarixi rekorduna imza atıb. Bu komanda ilk dəfə Avropa çempionatının final mərhələsinin ardıcıl iki görüşündə 3 və daha çox qol vurub. Luis Enrikenin yetirmələri qrup mərhələsinin son turunda Slovakiyanı 5:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, hazırda əlavə 30 dəqiqənin oynanıldığı qarşılaşmada İspaniya 5:3 hesabı ilə öndədir.