00:21 29-06-2021
news_image
142
AVRO-2020

Belçika 1/4 finala ciddi itkilərlə çıxa bilər – AVRO-2020

Belçika millisi AVRO-2020-nin 1/4 final mərhələsinə ciddi itkilərlə çıxa bilər.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Roberto Martines deyib.

Çalışdırıcı bildirib ki, 1/8 finalda Portuqaliya ilə qarşılaşmada zədə səbəbindən əvəzlənən iki aparıcı oyunçu Kevin De Bruyne və Eden Azar İtaliya ilə görüşü buraxa bilər. Baş məşqçi onların həmin qarşılaşmada oynama ehtimalının 50 faiz olduğunu söyləyib.

Qeyd edək ki, Belçika – İtaliya oyunu iyulun 2-də Münhendə baş tutacaq.