01:50 29-06-2021
news_image
149
AVRO-2020

İspaniyanın rəqibi oldu – İsveçrə

AVRO-2020-də 1/4 finalın daha bir cütü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqdakı qarşılaşmada İspaniya ilə görüşəcək komanda bəlli olub.

İspanların rəqibi Fransa – İsveçrə matçında bilinib. 1/8 final görüşündə penaltilər seriyasında qalib gələn (3:3, pen. 5:4) İsveçrə iyulun 2-də İspaniya ilə üz-üzə gələcək. Rusiyadakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin son cütlüyü iyunun 29-da baş tutacaq İngiltərə - Almaniya və İsveç – Ukrayna oyunlarından sonra bilinəcək.

AVRO-2020
1/4 final
2 iyul

20:00. Sankt-Peterburq. İsveçrə - İspaniya
23:00. Münhen. Belçika – İtaliya
3 iyul
20:00. Bakı. Çexiya – Danimarka