09:27 29-06-2021
news_image
323
FUTBOL

“Barselona”ya keçmək variantına pis baxmır – Ronaldo

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını yaxın günlərdə verəcək.

Apasport.az saytının məlumatına görə, superulduz müqavilə ilə məxsus olduğu “Yuventus” rəhbərliyi ilə bu barədə görüşəcək.

36 yaşlı forvardın Turin klubunda qalıb-qalmayacağı məhz bu görüşün nəticəsindən asılı olacaq. Portuqaliya millisi AVRO-2020 ilə vidalaşdığı üçün istirahətə yollanan forvard klubundakı vəziyyətindən heç də məmnun deyil. Onun “Barselona”ya keçmək variantına pis baxmadığı bildirilir.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədərdir.