10:37 29-06-2021
news_image
124
AVRO-2020

“Qarşımda bu sual dayanmayıb” - Deşam istefadan danışdı

AVRO-2020-də uğursuzluğa düçar olan  Fransa millisində baş məşqçi dəyişikliyi gözlənilmir.

Apasport.az saytının məlumatına görə, bunu “üçrənglilər”in çalışdırıcısı Didye Deşam açıqlayıb.

52 yaşlı mütəxəssis 1/8 finalda İsveçrəyə məğlubiyyətdən (3:3, pen.4:5) sonra istefa ilə bağlı sualı cavablandırıb: “Qarşımda istefa ilə bağlı sual dayanmayıb. Bu heyətdə birlik və vəhdət hökm sürür. İşlər pis gedəndə məsuliyyəti mən daşıyıram. Mən komanda ilə, onlar da mənimlədir. Bizə vaxt lazımdır ki, bütün bunun öhdəsindən gələk. Amma indi bizə çox acınacaqlıdır”.

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisinin çalışdırır. Onun yetirmələri 2018-ci ildə dünya çempionu olub, 2016-cı ildə Avropa çempionatının gümüş medalını qazanıb.