12:27 29-06-2021
news_image
213
FUTBOL

“Milan”a təklif olundu – 2 futbolçu

İtaliyanın “Milan” klubu heyətini gücləndirmək istiqamətində axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçinə iki futbolçu təklif olunub.

Bunlar “Everton”un yarımmüdafiəçisi Hames Rodrigeslə “Barselona”nın orta sahə oyunçusu Filippe Koutinyodur. İngiltərə təmsilçisi kolumbiyalını cəmi 8 milyon funt sterlinqə satmağa hazırdır. Braziliyalının qiyməti isə açıqlanmır.

“Milan” rəhbərliyi təklifləri nəzərdən keçirir. İtaliyalılar düşünmədən addım atmaq niyyətində deyil.

Qeyd edək ki, bunadək “Real”ın hücumçusu Luka Yoviç də “Milan”ın transfer siyahısına düşüb.