14:07 29-06-2021
news_image
143
FUTBOL

"Çalışacağıq ki, mərhələ keçən tərəf olaq" - Abbas Hüseynov

"Hazırlıqlarımız yaxşı keçir. Toplanışın ilk günlərində fiziki məşqlərə üstünlük verilir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abbas Hüseynov deyib.

Klubun saytına açıqlama verən müdafiəçi hazırlıq prosesindən danışıb: “Məşqlərdə istəkli və həvəsliyik. Komandada yüksək motivasiya var. "Keşlə" ilə yoxlama görüşümüz yaxşı keçdi. Yoxlama matçı olsa da, meydana motivasiyalı çıxmışdıq. Düzdür, çatışmayan cəhətlərimiz var idi. Bunu da təlim-məşq toplanışında aradan qaldırmağa çalışacağıq. Üzərimizdə çalışıb, daha yaxşı səviyyəyə qalxmaq istəyirik. Hazırlığa yeni başladığımız üçün komandamız hələ tam formada deyil. Növbəti yoxlama oyunları bizə faydalı olacaq”. 

Abbas yeni mövsümün hədəfləri barədə də fikirlərini bildirib: “Ötən mövsüm Premyer Liqada 2-ci olduq. Ancaq bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır. Bunun üçün də çox çalışmalıyıq. Konfrans Liqasında "Aşdod"la qaşılaşacağıq. Bilirik ki, İsrail klubları zəif olmur. Rəqibi analiz edirik. Çalışacağıq ki, mərhələ keçən tərəf olaq. Bu mövsüm qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik".