14:33 29-06-2021
news_image
158
AVRO-2020

Nəhsdən kim çıxacaq? – İngiltərə Almaniyaya qarşı

AVRO-2020-nin 1/8 final mərhələsinin bu gün keçiriləcək ilk matçında İngiltərə və Almaniya üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, bu, iki yığma arasında 33-cü matç olacaq.

İndiyədək hər iki komanda eyni sayda – 13 qələbə qazanıb. Nəhsdən çıxacaq komanda tarazlığı öz xeyrinə dəyişəcək. Əvvəlki 32 oyunun 6-da isə bərabərlik qeydə alınıb. Qələbə sayındakı tarazlıq top fərqində əksini tapmayıb. İngiltərə 51, Almaniya 42 qol vurub.

Bu matçlardan 21-i yoldaşlıq oyunlarına təsadüf edib. Rəsmi turnirlərdə isə 11 görüş baş tutub.

Avropa çempionatlarının final mərhələlərində 5-ci dəfə üz-üzə gələcək rəqiblər 4 matçda münasibətlərini ayırd edib. Hərəyə 1 qələbəsi olan komandalar 2 heç-heçə edib. Top fərqində Bundestim öndədir – 4:3.

AVRO-1972, 1/4 final
İngiltərə - AFR – 1:3, 0:0
AVRO-1996, yarımfinal
Almaniya – İngiltərə - 1:1, pen.6:5
AVRO-2000, qrup mərhələsi
İngiltərə - Almaniya – 1:0

Dünya çempionatlarında isə 7 görüş baş tutub. Almaniya 3, İngiltərə 2 qələbə qazanıbsa, 2 görüş sülhlə bitib. Top fərqi isə futbolun yaradıcılarının xeyrinədir – 13:12.

DÇ-1966, final
İngiltərə - AFR – 4:2, əlavə vaxtda
DÇ-1970, 1/4 final
AFR – İngiltərə - 3:2, əlavə vaxtda
DÇ-1982, qrup mərhələsi
AFR – İngiltərə - 0:0
DÇ-1990, yarımfinal
Almaniya – İngiltərə - 1:1, pen.4:3
DÇ-2002, seçmə mərhələ
İngiltərə - Almaniya – 0:1, 5:1
DÇ-2010, 1/8 final
Almaniya – İngiltərə - 4:1

Yoldaşlıq görüşlərində britaniyalılar 10, Bundestim 9 dəfə qalib gəlibsə, cəmi 2 sülh qeydə alınıb. 35 qol vuran ingiltərəlilər 26 top buraxıb.