15:49 29-06-2021
news_image
191
TOKİO-2020

AVRO-2020-dən Tokioya – İspaniya millisi ilə

İspaniya millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin iştirakçısı olan 6 futbolçu Olimpiadada da çıxış edəcək.

Bunlar Unay Simon, Erik Qarsiya, Pau Torres, Pedri, Dani Olmo və Mikel Oyarsabaldır. İlkin heyətdə adı olan Serxio Ramos, Jerar Pike, Serxi Buskets, Jordi Alba, Serxi Roberto isə Tokioya aparılacaq komandadan kənarda qalıb.

Qeyd edək ki, AVRO-2020-yə iyulun 11-də yekun vurulacaq, Tokio-2020 iyulun 23-də başlayacaq.