15:51 29-06-2021
news_image
176
FUTBOL

Premyer Liqa klubu ilə anlaşdı – Patrik Vieyra

“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə “Skysports” nəşri xəbər yayıb.

Bildirilib ki, “Arsenal”ın əfsanəvi kapitan Patrik Vieyra Premyer Liqa klubunun sükanı arxasına keçməyə razılıq verib. Lüsyen Favrla danışığı son anda alınmayan “Kristal Pelas” rəhbərliyi fransalı Vieyra ilə ortaq məxrəcə gəlib.

Hələlik rəsmi sözləşmə imzalanmasa da, yaxın müddətdə hər hansı bir dəyişiklik olmasa, 45 yaşlı mütəxəssislə münasibətlər rəsmiləşəcək.

Qeyd edək ki, Patrik Vieyra 2018-2020-ci illərdə “Nitsa”ya rəhbərlik edib.