16:37 04-07-2021
news_image
164
FUTBOL

Ucuz qiymətə əlindən qaçırdığı futbolçular - “Arsenal”ın

Ən yaxşı akademiyalardan birinə sahib olan “Arsenal” uzun müddətdir daha çox öz yetirmələrinə bel bağlayır.

Apasport.az saytının məlumatına görə, “topçular” ulduz yetişdirməklə yanaşı, onlardan bəzilərini əlindən qaçırmaqla da tanınıb.

London klubunun bir neçə yetirməsi vaxtilə havayı və ya ucuz qiymətə başqa kluba keçibsə, hazırda onların transfer qiyməti olduqca yüksəkdir. Bu yazıda məhz həmin oyunçulara nəzər yetirəcəyik.

1. Serj Qnabri
Satıldığı qiymət: 5 milyon avro (2016-cı ildə “Verder”ə)
Hazırkı transfer qiyməti: 70 milyon avro

2. İsmael Bennaser
Satıldığı qiymət: 1 milyon (2017-ci ildə “Empoli”yə)
Hazırkı transfer qiyməti: 38 milyon

3. Doniell Malen
Satıldığı qiymət: 600 min (2017-ci ildə PSV-yə)
Hazırkı transfer qiyməti: 30 milyon

4. Ceff Reyne-Adelayde
Satıldığı qiymət: 1,6 milyon (2018-ci ildə “Anje”yə)
Hazırkı transfer qiyməti: 22 milyon

5. Joş Dasilva
Satıldığı qiymət: havayı (2018-ci ildə “Brendfort”a)
Hazırkı transfer qiyməti: 10 milyon

6. İsaak Hayden
Satıldığı qiymət: 2,9 milyon (2016-cı ildə “Nyukasl”a)
Hazırkı transfer qiyməti: 10 milyon

7. Stefi Mavididi
Satıldığı qiymət: 1,5 milyon (2018-ci ildə “Yuventus”a)
Hazırkı transfer qiyməti: 8 milyon

8. Qlen Kamara
Satıldığı qiymət: havayı (2017-ci ildə “Dandi”yə)
Hazırkı transfer qiyməti: 6 milyon