17:02 29-06-2021
news_image
407
FUTBOL

Yeni futbolçusuna söz verdiyi pulu ödəməkdən imtina etdi - “Neftçi”

“Sumqayıt”ı “Neftçi”yə dəyişən Xəyal Nəcəfov gözləmədiyi problemlə üzləşib.

Apasport.az “sportinfo”ya istinadən məlumatına görə, paytaxt təmsilçisi 2 illik müqavilə imzalayan yarımmüdafiəçiyə vəd etdiyi maaşı ödəməkdən boyun qaçırıb.

“Sumqayıt”da ayına 3500 manat əməkhaqqı alan 23 yaşlı orta sahə oyunçusuna “Neftçi” öncə 8000 manat ödəməyə razılaşıb.

Bakılılar onun müqavilə ilə məxsus olduğu kluba 100 min dollar ödəyəndən sonra məlum olub ki, o, daha az məvacib alacaq.

“Neftçi” rəhbərliyi iddia edib ki, “Sumqayıt” təzminatın məbləğini ikiqat artırdığından, ona vəd etdikləri pulu ödəyə bilməyəcəklər.

Belədə Nəcəfovun 6000 manata razılaşmaqdan savayı çarəsi qalmayıb.

Maraqlıdır ki, Abasov keçmiş tələbəsini əsas heyət üzvü olaraq görmür. Baş məşqçi onu Sabir Buqrinlə Sezar Meza Kolliyə əvəzləyici olaraq aldırıb.