17:21 29-06-2021
news_image
134
FUTBOL

“Mançester Yunayted”ə keçir, “Mançester Siti”yə qazandırır - Sanço

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cedon Sanço “Mançester Yunayted”ə keçməyə yaxındır.

Apasport.az saytının “Telegraph” nəşrinə istinadən məlumatına görə, transfer tamamlanmaq üzrədir.

Klublar arasında danışığa əsasən, Sançonun İngiltərəyə qayıtması “mankunianlar”a 90 milyon avroya başa gəlməlidir. 21 yaşlı ön xətt oyunçusu isə yeni klubunda həftəlik 250 min funt-sterlinq maaş alacaq. O, yalnız AVRO-2020-dəki çıxışını başa vurduqdan sonra Premyer Liqa təmsilçisində tibbi müayinədən keçəcək.

Qeyd edək ki, bu transferin reallaşması “Mançester Siti”yə də pul qazandıracaq. Çünki Sançonun ilk klubu olan “şəhərlilər” onun satış məbləğinin 15 faizini almalıdır.