21:22 29-06-2021
news_image
473
FUTBOL

Moskva “Spartak”ına qalib gəldi - “Neftçi”

Azərbaycan çempionu “Neftçi” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Bakı klubu yay təlim-məşq toplanışında son yoxlama oyununa çıxıb.

Paytaxt təmsilçisi üçüncü sınağını Avstriyada gerçəkləşdirib. “Neftçi” Rusiyanın “Spartak” klubu ilə qarşılaşıb. Samir Abasovun yetirmələri Moskva təmsilçisi ilə görüşdə 2:1 hesabı ilə qalib gəlib. Bütün qolların ilk 45 dəqiqədə vurulduğu matçda təmsilçimizin heyətində Namiq Ələsgərovla Harramiz Soares fərqlənib. Bu, bakılıların yay fasiləsində ilk qələbəsi olub.

Qeyd edək ki, bunadək iki yoxlama matçı keçirən bakılılar Sloveniyada yerli “Olimpiya” ilə 1:1 hesablı heç-heçə edib, “Domjale”yə uduzub – 1:2.

Yoxlama oyunu
29 iyun
19:30. “Neftçi” – “Spartak” (Rusiya) – 2:1

Namiq Ələsgərov, 8, Harramiz Soares, 45+2 – Mixail İqnatov, 43