21:34 29-06-2021
news_image
113
AVRO-2020

Üçüncü oldu – Ouenlə Runidən sonra

Yarımmüdafiəçi Bukayo Saka İngiltərə millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, dünya və Avropa çempionatlarının final mərhələsinin pley-offunda 20 yaşı olmadan start heyətində meydana çıxan üçüncü ingiltərəlidir.

Sakaya qədər yalnız iki oyunçu 20 yaşı olmadan belə şans qazanıb. 1998-ci ildə Maykl Ouen, 2004-cü ildə isə Ueyn Runi bunu bacarıb.

Qeyd edək ki, Saka hazırda davam edən Almaniya ilə görüşün start heyətində yer alıb.