22:33 29-06-2021
news_image
210
AVRO-2020

“Ölüm qrupu” öldü - Löv getdi

AVRO-2020-nin “Ölüm qrupu” sayılan F qrupunun bütün komandaları mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, Macarıstanı qrupda qoyan Fransa, Almaniya və Portuqaliya “üçlüy”ünün hamısı 1/8 finalda dayanıb.

Portuqaliya Belçikaya 0:1, Fransa İsveçrəyə 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında 4:5, Almaniya İngiltərəyə 0:2 hesabı ilə məğlub olub.

“Ölüm qrupu”nun son təmsilçisi Almaniya həm də Yoahim Lövün rəhbərliyi atlında son matçına çıxıb. Müqaviləsinin AVRO-2020-dən sonra başa çatması barədə razılıq əldə edən 61 yaşlı mütəxəssisi Hans-Diter Flik əvəzləyəcək.

Almaniya həm də AVRO-2016-nın sonuncu yarımfinalçısı olub. Qalib Portuqaliya, finalçı Fransa və digər yarımfinalçı Uels də mübarizəni 1/8 finalda dayandırıb.