00:00 30-06-2021
news_image
129
AVRO-2020

Almaniya kabusunu qırdı – İngiltərə

İngiltərə millisi 55 illik həsrətə son qoyub.

Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları 1966-cı ildən sonra heç bir böyük turnirin pley-offunda yenə bilmədiyi Almaniyaya qalib gəlib.

Kabus AVRO-2020-nin 1/8 finalında qırılıb. Qaret Sautqeytin yetirmələri 2 cavabsız qolla qalib gələrək 1/4 finala adlayıb.

Britaniyalılar sonuncu dəfə azərbaycanlı Tofiq Bəhramovun da yan xətt hakimlərindən biri olduğu DÇ-1966-nın finalında qalib gəlib – 4:2. Sonra keçirilən dünya və Avropa çempionatlarının pley-offundakı 4 matçın hamısında Bundestim sevinib.

İngiltərə 2001-ci ildən sonra ilk dəfə rəsmi görüşdə - seçmə mərhələdə nəzərə alınmaqla Almaniyanı udub. Ondan sonra DÇ-2010-un 1/8 finalında britaniyalılar 1:4 hesabı ilə uduzub.

“Uembli”də son qələbə isə 1975-ci ildə qeydə alınıb. Həmin vaxt da ingiltərəlilər 2 cavabsız qola sevinib.

Almaniya millisi AVRO-2004-dən sonra ilk dəfə 1/4 finaldan kənar qalıb. 17 il öncə qrupdan çıxa bilməyən Bundestim 2008-də finalda, 2012 və2016-a yarımfinalda uduzub.

İngiltərə yığması AVRO-2020-də mübarizəni davam etdirən komandalar arasında qol buraxmayan yeganə millidir. Qaret Sautqeytin yetirmələri ümumilikdə son 10 matçda 1 top buraxıb.