00:34 30-06-2021
news_image
132
AVRO-2020

Almaniyanın rekordu təkrarlandı - Almaniya ilə oyunda

İngiltərə millisi Avropa çempionatlarının rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin yetirmələri AVRO-2020-nin ilk 4 oyununda qol buraxmayıb.

Bunadək yalnız bir komanda qitə çempionatının ilk 4 matçında qapısını toxunulmaz saxlayıb. Buna 5 il öncə Almaniya imza atıb.

Maraqlıdır ki, İngiltərə 4-cü quru oyununu məhz Bundestimə qarşı keçirib. 1/8 finalda 2:0 hesablı qələbə qazanan böyük britaniyalılar qrupda da qapısını toxunulmaz saxlamışdı.

Ümumiyyətlə, indiyədək 6 dəfə bir komanda üç qrup matçında qol buraxmayıb. Onlardan 4-ü pley-offun ilk matçında qapısında qol görüb. Belə yığmalar sırasında yer alan İtaliya turnirdəki ilk 4 matçı əhatə edən 360 dəqiqəni quru keçirsə də, əlavə vaxtda Avstriyadan qol buraxıb

Qrupda qol buraxmayanların pley-offda ilk sınağı

turnir

komanda

qrupda

pley-offda

1980

İtaliya

İspaniya (0:0), İngiltərə (1:0), Belçika (0:0)

Çexoslovakiya (1:1, pen.8:9)

1996

Almaniya

Çexiya (2:0), Rusiya (3:0), İtaliya (0:0)

Xorvatiya (2:1)

2016

Almaniya

Ukrayna (2:0), Polşa (0:0), Ş.İrlandiya (1:0)

Slovakiya (3:0)

2016

Polşa

Ş.İrlandiya (1:0), Almaniya (0:0), Ukrayna (1:0)

Portuqaliya (1:1, pen.3:5)

2020

İtaliya

Türkiyə (3:0), İsveçrə (3:0), Uels (1:0)

Avstriya (2:1, əlavə vaxtda)

2020

İngiltərə

Xorvatiya (1:0), Şotlandiya (0:0), Çexiya (1:0)

Almaniya (2:0)