01:28 30-06-2021
news_image
164
AVRO-2020

Bu qədər əlavə vaxt olmamışdı - rekord

AVRO-2020-nin 1/8 final mərhələsində səkkiz oyundan dördündə əlavə vaxt oynanılıb.

Apasport.az saytının məlumatına görə, bu, qitə çempionatlarının bir mərhələsi üçün yeni rekorddur.

Bu rekord hazırda davam edən İsveç – Ukrayna matçında rəsmiləşib. Əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmada əlavə vaxt oynanılır.

İndiyədək ən çox əlavə vaxt AVRO-2008-in 1/4 finalına təsadüf edib. Həmin vaxt 3 oyunda 90 dəqiqə qalibi müəyyənləşdirməyə kifayət etməyib.

Qeyd edək ki, AVRO-2020-nin 1/8 finalında daha öncə İtaliya – Avstriya (2:1), İspaniya – Xorvatiya (5:3), Fransa – İsveçrə (3:3, pen.4:5) görüşlərində də əlavə vaxt oynanılıb.