01:31 30-06-2021
news_image
168
FUTBOL

Hakimlərin “yediyi” saniyələr - AVRO-2020-də

AVRO-2020-nin 1/8 final mərhələsinin son görüşü hakim səhvi ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, İsveç – Ukrayna matçının ilk hissəsi vaxtından əvvəl bitib.

İtaliyalı Daniele Orsato 45 dəqiqənin tamamına 4 saniyə qalmış fit çalıb. 44 dəqiqə 56 saniyəlik matç AVRO-2020-nin ilk belə qarşılaşması deyil.

III turun Rusiya – Danimarka matçına (1:4) üç dəqiqə əlavə edən fransalı Klemen Turpin 2 dəqiqə 52 saniyədən sonra oyunu bitirib.

Daha öncə - II turda ispaniyalı Karlos del Serro Qrande eyni xətaya yol verib. O, Xorvatiya – Çexiya oyununda (1:1) 3 dəqiqə əlavə etsə də, 21 saniyə tez fit çalıb.

Qeyd edək ki, qaydalara əsasən hər hissə 45 dəqiqə və hakimin əlavə etdiyi vaxt qədər davam etməlidir. Referi bu müddəti artıra bilər, amma azalda bilməz.