09:00 30-06-2021
news_image
144
FUTBOL

“Neftçi” daha hazırlıqlı idi” – “Spartak”ın futbolçusu

“Ağır oyun oldu. Matçdan əvvəl cəmi 15 gün idi məşqlərə başlamışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Moskva “Spartak”ının yarımmüdafiəçisi Mixail İqnatov deyib.

Rusiya klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə yoxlama görüşü keçirib və meydanı məğlub tərk edib – 1:2. Komandasının yeganə qolunun müəllifi olan İqnatov klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb.

O, “Neftçi”nin hazırlıq baxımından onları üstələdiyini etiraf edib: “Biz oyundan-oyuna inkişaf edəcəyik. Komandamız texniki cəhətdən yaxşıdır. Amma fiziki baxımdan “Neftçi”nin daha yaxşı olduğu hiss olunurdu. Azərbaycan təmsilçisi tezliklə Çempionlar Liqasında mübarizəyə başlayacaq. Onlar texniki və fiziki cəhətdən daha hazırlıqlı idi. Bu səviyyədə komandaları sakit məğlub etmək üçün çalışmağa davam edəcəyik”.