09:05 30-06-2021
news_image
347
FUTBOL

Kökçünü Türkiyə klublarına buraxmadı – “Sabah”

“Sabah”ın futbolçusu Ozan Can Kökçünün Türkiyə klublarına keçidi baş tutmayıb.

Apasport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, bir neçə TFF I Liqa klubu milliləşdirilmiş oyunçunun xidmətində maraqlı olub. 22 yaşlı hücumameyilli oyunçu hətta “Eyüpspor”la şəxsi müqavilənin detallarını da razılaşdırıb. Lakin “Sabah” rəhbərliyi onun keçidinə icazə verməyib. Bakılılar müqavilə müddəti davam edən gənc futbolçunu komandaya qaytarmaq niyyətindədir.

Qeyd edək ki, Ozan Can Kökçü ötən mövsümün ikinci dövrəsini icarə əsasında Niderland klubu “Telstar”da keçirib.