09:21 30-06-2021
news_image
195
AVRO-2020

Danimarkadan neçə azarkeş gələcək? - Bakıya

Danimarka millisinin AVRO-2020-nin 1/4 final mərhələsində Çexiya ilə oyun üçün Bakıya gələcək azarkeşlərinin sayı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı qarşılaşmaya 800 fanatın yollanacağını açıqlayıb.

Bu barədə fikir bildirən DBU-nun koordinatoru Anders Hagen sayın artmasını istisna etməyib. O, görüşə marağın böyük olduğunu söyləyib. Oyuna bilet satışı isə iyunun 28-dən başlayıb.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da start götürəcək. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.