10:34 30-06-2021
news_image
147
FUTBOL

“Napoli”nin futbolçusunu istəyir – “Qalatasaray”

“Napoli”nin müdafiəçisi Mario Rui Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “Qalatasaray”ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisinin yay transfer dönəmində əsas hədəfi məhz 30 yaşlı sol cinah oyunçusudur. Neapollular Ruini 8 milyon avroya satmağa razılıq verib. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, ötən mövsüm 36 oyun keçirən Mario Rui 2 məhsuldar ötürmə verib.