11:04 30-06-2021
news_image
173
FUTBOL

Tallison Diası göndərdi - "Neftçi"

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionu müdafiəçi Tallison Diasla vidalaşıb.

30 yaşlı sol cinah oyunçusu ilə gələn ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, “ağ-qaralar”a ötən ilin yayında “Quarani”dən keçib.

Qeyd edək ki, Tallison Dias 2020/21 mövsümündə “Neftçi”nin heyətində 22 oyunda iştirak edib.