11:31 30-06-2021
news_image
196
AVRO-2020

Milli karyerasını başa vurdu – Toni Kroos

“Real”ın yarımmüdafiəçisi Toni Kroos milli karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə “Bild” nəşri çıxış edib.

Vurğulanıb ki, Almaniya millisinin lideri bu günlərdə qərarını açıqlayacaq. 31 yaşlı orta sahə oyunçusu Bundestimin AVRO-2020-nin 1/8 final mərhələsində İngiltərəyə məğlubiyyətindən (0:2) sonra belə qərar qəbul edib.

Qeyd edək ki, Toni Kroos 2010-cu ildən formasını geyindiyi Almaniya millisinin heyətində 106 oyuna çıxıb, 17 qol vurub.