12:29 30-06-2021
news_image
345
TOKİO-2020

Cüdoçularımız Olimpiadaya hazırlığı Poreçdə davam etdirəcəklər - VİDEO

Tokio Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirən cüdo üzrə Azərbaycan milli komandası Bakı toplanışını başa vurub.

Apasport.az saytının məlumatına görə, cüdoçularımız iyulun 1-dən 8-dək Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. 

"CÜDO TV" idmançılarımızın hazırlıq prosesindən reportaj hazırlayıb. Həmin videomaterialı sizə təqdim edirik.