13:44 30-06-2021
news_image
1870
AVRO-2020

Xumar Qədimova Lövün gedişinə ağladı: “O getdi, dərdimin dərmanı getdi” - VİDEO

Azərbaycanın tanınmış müğənnisi Xumar Qədimova Almaniya millisinin baş məşqçisi Yoahim Lövə sevgisini növbəti dəfə nümayiş etdirib.

Apasport.az saytının məlumatına görə, əməkdar artist AVRO-2020-nin 1/8 final mərhələsinin İngiltərə - Almaniya görüşünü göz yaşları ilə izləyib.

Bundestimin 0:2 hesablı məğlubiyyətinə ürəkdən üzülən Qədimova bunu paylaşımı ilə də ifadə edib. Baş məşqçi Lövün yığma karyerasındakı son oyununu olması müğənnini göz yaşlarında “boğub”: “Bunu istəyirdiniz? Dincəlin. Çatın arzunuza. Getdi, Löv getdi. Sizin gözünüz, nəzəriniz... Getdi Lövüm”.

Qədimova hələ AVRO-2020-nin gedişindəki paylaşımı ilə alman mütəxəssisə rəğbətini nümayiş etdirmişdi: “Hər şeyə rəğmən, ona aşiqəm...”.

İngiltərə ilə görüşdən sonra isə müğənni məşhur mahnısının bir misrasını paylaşıb: “O getdi, dərdimin dərmanı getdi...”.