23:10 30-06-2021
news_image
190
DİGƏR NÖVLƏR

29,5 illik həbs cəzası - idmançını öldürdüyü üçün

MMA döyüşçüsü İsayi Çapmanın qatilinin məhkəməsi olub.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı Kristofer Blyur 29,5 illik həbs cəzası alıb.

O, odlu silahla atəş açaraq Bellatorda çıxış edən Çapmanı qətlə yetirdiyini etiraf edib. Qatil narkotiklərin təsiri altında olduğunu bildirib. Məhkəmə Blyuru 354 aylıq azadlıqdan məhrum edib.

Qeyd edək ki, 2010-cu ildən MMA-da döyüşən idmançı ötən ilin aprelində qətlə yetirilib.