10:11 04-07-2021
news_image
255
FUTBOL

İnstaqramda ən çox izləyicisi olan klublar - SİYAHI

İnstaqramda ən çox izləyicisi olan futbol klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ İspaniya nəhəngləri başçılıq edir.

İlk pillədə qərarlaşan “Real” 100 milyon izləyici sayına yenicə çatıb. “Kral klubu” hətta xüsusi videorolik paylaşaraq bunu qeyd edib. İkinci sıradakı “Barselona”nın da bu saya çatmasına az qalıb.

Əzəli rəqiblər üçüncü yerdə qərarlaşan “Yuventus”u iki dəfədən də çox qabaqlayırlar. 

1. “Real” – 100 milyon izləyici
2. “Barselona” – 97,8 milyon
3. “Yuventus” – 49,5 milyon
4. “Mançester Yunayted” – 41,1 milyon
5. PSJ – 36,1 milyon
6. “Liverpul” – 31,3 milyon
7. “Çelsi” – 27,5 milyon
8. “Bavariya” – 27,1 milyon
9. “Mançester Siti” – 24,6 milyon
10. “Arsenal” – 19,4 milyon