00:03 01-07-2021
news_image
142
AVRO-2020

Fransa yığmasının futbolçularının qohumları dalaşdı – AVRO-2020

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyonun anası Veronika Rabyo diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, AVRO-2020-nin 1/8 final mərhələsində İsveçrə ilə oyun zamanı millinin digər üzvləri Pol Poqba və Kilian Mbappenin yaxınları ilə mübahisə yaşayıb.

O, Buxarestdəki “Nasional” stadionunda baş tutan görüş zamanı isveçrəlilərin 3-cü qolundan əvvəl topu itirən Poqbanı tribunadan sərt şəkildə tənqid edib. Həmçinin Mbappenin atasına oğlunun həddindən artıq təkəbbürlü olduğu üçün hərəkət etmədiyini bildirib. Qarşılaşma bitdikdən sonra da tərəflər təxminən 20 dəqiqə mübahisə edib, hətta dalaşıblar. Stadionun təhlükəsizlik əməkdaşları onları çətinliklə sakitləşdirə bilib.

Qeyd edək ki, 3:3 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında uduzan Fransa yığması AVRO-2020 ilə vidalaşıb.