00:33 01-07-2021
news_image
252
FUTBOL

Messi 1-ci, Maradona 10-cu – “onluq”

Argentina millisində ən çox oyun keçirən futbolçuların adları açıqlayıb.

Apasport.az saytının məlumatına görə, siyahıya hazırkı kapitan Lionel Messi başçılıq edir.

34 yaşlı superulduz Braziliyada təşkil edilən Amerika Kubokunda Boliviya (4:1) ilə qarşılaşmada meydana çıxmaqla sabiq komanda yoldaşı Xavyer Maskeranonu geridə qoyub və rekordu ələ keçirib.

Ümumiyyətlə, “tanqoçular”in formasını ən çox geyinən 10 oyunçudan 3-ü hazırda milli karyerasını davam etdirir. Onlar Messi ilə yanaşı, Serxio Aquero və Anxel Di Mariyadır.

İlk “10-luq” aşağıdakı kimidir:
1. Lionel Messi - 148 oyun
2. Xavyer Maskerano - 147
3. Xavyer Zanetti - 143
4. Roberto Ayala - 115
5. Anxel Di Mariya - 108
6. Dieqo Simeone - 106
7. Serxio Aquero - 100
8. Oskar Ruqqeri - 97
9. Serxio Romero - 96
10. Dieqo Maradona - 91