16:48 04-07-2021
news_image
293
FUTBOL

Aleks de Souzadan Boboyadək - SİYAHI

Türkiyə Super Liqa tarixində ən çox qol vuran əcnəbi futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 1959-cu ildə qurulan və sonradan Super Liqa adı verilən yüksək dəstədə ən çox fərqlənən oyunçu “Fənərbaxça”nın əfsanəvi kapitanı Aleks de Souzadır.

Türkiyədəki karyerası ərzində yalnız “sarı-lacivərdlilər”in formasını geyinən braziliyalı aktivinə 136 qol yazdırıb. Alekslə yanaşı, Edin Visça da bu ölkədə cəmi bir klubun formasını geyinib. Hazırda da “Başakşəhər”də çıxış edən Visça 2011-ci ildən bu komandanın şərəfini qoruyur.

Türkiyə çempionatlarının əcnəbi bombardirləri:
1. Aleks de Souza (“Fənərbaxça”) - 136 qol
2. Elvir Boliç (“Qalatasaray”, “Qaziantepspor”, “Fənərbaxça”, “İstanbulspor”, “Gənclərbirliyi”, “Malatyaspor”) – 127
3. Mərt Nobre (“Fənərbaxça”, “Kayserispor”, “Mersin İdmanyurdu”) – 109
4. Andre Kona (“Gənclərbirliyi”, “Antalyaspor”, “Diyarbakırspor”, “İstanbulspor”) – 99
5. Boqdan Stanku (“Qalatasaray”, “Orduspor”, “Gənclərbirliyi”, “Bursaspor”) – 85
6. Edin Visça (“Başakşəhər”) – 81
7. Bobo (“Beşiktaş”, “Kayserispor”, “Alanyaspor”) – 78