20:15 30-06-2021
news_image
267
FUTBOL

"Sumqayıt"a da qalib gəldi - "Qarabağ"

Konfrans Liqasına hazırlığını davam etdirən “Qarabağ” növbəti yoxlama görüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi yeni yaradılan turnirdə ölkəmizi təmsil edəcək digər komanda “Sumqayıt”la üz-üzə gəlib.

Ağdamlılardan fərqli, bu, “gənclik şəhəri” təmsilçisinin yeni mövsümün toplanışı çərçivəsində ilk matçı olub. “Azersun Arena”da baş tutan qarşılaşmanın ilk yarısında komandalar hərəyə bir dəfə fərqlənib. Lakin ikinci hissədə "Qarabağ" iki cavabsız qol vuraraq qalib gəlib. 

Qeyd edək ki, “Qarabağ” iyunun 26-da bu arenada keçirdiyi ilk yoxlama görüşündə “Keşlə”ni 7:0 hesabı ilə məğlub edib.

Yoxlama görüşü
30 iyun
18:30. “Qarabağ” – “Sumqayıt” 3:1

Qollar: İsmayıl İbrahimli, 25, Seyxan Fərəcov, 55, Filip Ozobiç, 86 - Rəhim Sadıxov, 40
“Azersun Arena”