18:18 30-06-2021
news_image
122
FUTBOL

“Tottenhem”i çalışdıra bilər – portuqaliyalı mütəxəssis

İngiltərənin “Vulverhempton” klubundan ayrılan Nunu Eşpritu Santu karyerasını Premyer Liqada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis “Tottenhem”lə anlaşmağa yaxındır.

Digər namizədlərlə anlaşa bilməyən London təmsilçisi Santu ilə danışıqları yekunlaşdırmağa üstünlük verib. 4 il “Vulverhempton”da çalışmış baş məşqçi ilə müqavilə yaxın günlərdə imzalanmalıdır.

Qeyd edək ki, “Tottenhem” bunadək Antonio Konte, Maurisio Poçettino, Paulu Fonseka və Cennaro Qattuzo ilə maraqlanıb.