22:49 30-06-2021
news_image
246
FUTBOL

"Hər məşqdən sonra inamlı oluram" - Qurban Qurbanov

"İyulun 22-dək komandanı tam hazır etmək istəyirik. Məşqlərimiz düşündüyümüz kimi gedir".

Apasport.az saytının məlumatına görə, bunu Qurban Qurbanov deyib.

2021/2022 mövsümünün hazırlıqlarını davam etdirən "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"la yoldaşlıq oyunu keçirib. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisin baş məşqçisi klubunun saytına oyunu şərh edib: "Futbolçular bu il daha yaxşı istirahət etdilər. Toplanışa daha istəkli gəliblər. Həqiqətən hər məşqdən sonra inamlı oluram. Bakıda iki oyun keçirdik, futbolçulardan istədiyimizi ala bildik. Sadəcə, bu gün iki fərqli 45 dəqiqə oynadıq. Hər oyunun müəyyən faydası olur və çatışmayan cəhətləri görürsən. Çalışırıq ki, yaxşı cəhətləri daha da yaxşılaşdıraq və çatışmazlıqları aradan qaldıraq. Bakıdakı toplanış zamanı keçirdiyimiz iki oyundan razı qaldım".