09:20 01-07-2021
news_image
92
FUTBOL

Azərbaycandan düşən olmadı - Levandovski ilə Messi arxada qaldı

2021-ci ildə milli liqalarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk 6 ayında 14 və daha çox qol vuranların cədvəlini tərtib edib.

Siyahıda ümumilikdə 49 futbolçu yer alıb. Planetin ən məhsuldar oyunçusu Ceymi Maklarendir. “Melburn Siti”də oynayan avstraliyalı bu il 25 qol vurub.

İkinci sırada Robert Levandovski qərarlaşıb. “Bavariya”nın polşalı forvardı 24 dəfə fərqlənib.

Üç futbolçunun aktivində 23 top var. Bunlar Lionel Messi (“Barselona”), İqnasio Ramires (“Liverpul Montevideo”) və Zakari Hacidir (“Fola”).

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan heç biri siyahıya düşməyib. Türkiyə Super Liqası isə cədvəldə iki futbolçu ilə təmsil olunub.

Bunlar hərəyə 15 qol vuran Aron Bupendza və Mame Diufdur. “Hatayspor”un legionerləri 22-ci yerə şərikdir.