09:51 01-07-2021
news_image
192
FUTBOL

“Neftçi”nin hesabına “9-luq”da - Honda

Keysuke Hondanın “Neftçi” ilə Azərbaycan çempionu olması Yaponiyada fərqləndirilib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu ölkəsinin ən yaxşı legionerləri sırasında göstərilib.

2020/21 mövsümündə Avropa klublarında çıxış edən 61 yaponiyalı oyunçu ilə bağlı aparılan araşdırma nəticəsində ən yaxşı 9 nəfər seçilib. “Neftçi”də cəmi 2 ay çıxış edən Honda Premyer Liqanı qazanmaqla bu siyahıya düşməyə nail olub.

Araşdırmada onun keçidi zamanı “Neftçi”nin turnir cədvəlində 2-ci sırada yer almasına, gəldikdən sonra isə komandanın çempionluğu qazanmasına böyük önəm verilib. Premyer Liqada 7 matçda iştirak edən 35 yaşlı pleymeyker onun 6-da start heyətində meydana çıxıb və 2 qol vurub.

Honda ilə yanaşı, Şinji Kaqava (PAOK - Yunanıstan), Toiçi Suzuki (“Lozanna”), Yamato Vakatsuki (“Syon”), Nikki Havenaar (“Tyun” – hər üçü İsveçrə), Kosuke Kinoşita (“Stabek” - Norveç), Atomu Tanaka (HİK - Finlandiya), Taiçi Hara (“İstra” - Xorvatiya) və Takuma Asano (“Partizan” - Serbiya) da Yaponiyada ötən mövsümün ən yaxşı 9 legioneri sırasına salınıb.

Qeyd edək ki, Keysuke Honda bu ilin martında “Neftçi” ilə müqavilə imzalayıb və mayın sonlarında komandanı tərk edib.