09:58 01-07-2021
news_image
207
STOLÜSTÜ OYUNLAR

19 illik rekord qırıldı – 66 gün qabaqladı

ABŞ şahmatçısı Abhimanyu Mişra tarixi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, Tennessi ştatından olan idmançı dünya şahmat tarixinin ən gənc qrossmeysteri olub. 

O, 12 yaş 4 ay 25 günlüyündə üçüncü qrossmeyster dərəcəsini qazanaraq bu ada yiyələnib. Mişra bu uğuru dünən rəsmiləşdirib.

O, Macarıstanın paytaxtı Budapeştdəki “Vezerkepzo GM Mix” turnirində fərqlənib. Gənc şahmatçı yarışda 1-ci yeri tutub.

Amerikalı şahmatçı bununla da Sergey Karyakinin 19 il əvvəlki rekordunu qırıb. Rusiyalı 12 yaş 7 aylığında qrossmeyster olmuşdusa, Mişra onu 66 gün qabaqlayıb.