10:15 01-07-2021
news_image
140
FUTBOL

Lionel Messi ilə müqavilənin yenilənməməsinin SƏBƏBİ

Joan Laportanı yenidən prezident seçən “Barselona” klubu maliyyə böhranı yaşayır.

Apasport.az saytının məlumatına görə, məhz bu səbəbdən kataloniyalılar kapitanı Lionel Messi ilə başa çatan müqaviləsini yeniləyə bilmir.

La Liqa təmsilçisini böhrana sürükləyən əsas səbəb futbolçuların yüksək məbləğdə maaş almaları göstərilib. Rəhbərlik vəziyyətdən çıxış yolu üçün Messi də daxil olmaqla, əksər oyunçulardan məvaciblərində endirimə getməyi tələb edib. Yüksək ödənişli bəzi futbolçular isə transferə çıxarılıb.

“Barselona”da illik maaşı ən yüksək olan futbolçular bunlardır:
1. Lionel Messi - 60 milyon avro
2. Antuan Qrizmann - 35 milyon
3. Filipp Koutinyo - 24 milyon
4. Miralem Pyaniç - 16 milyon
5. Serxio Buskets - 16 milyon
6-8. Jordi Alba - 12 milyon
6-8. Samuel Umtiti - 12 milyon
6-8. Usman Dembele - 12 milyon