10:47 01-07-2021
news_image
112
FUTBOL

PSJ-nin yeni müqavilə təklifini qəbul etmədi – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytı xəbər verir ki, 23 yaşlı forvard bu barədə klub rəhbərliyini də məlumatlandırıb.

Fransa millisinin üzvü parislilərin yeni müqavilə təklifini qəbul etməyib və növbəti mövsümün sonunda azad agent kimi komandanı tərk edəcəyini açıqlayıb. Çünki onun sözləşmə müddəti gələn ilin yayına qədərdir. Ancaq PSJ rəhbərliyi bunun baş verməməsi üçün ulduz futbolçunu bu yay minimum 150 milyon avroya satmağa çalışacaq. Onun xidmətində ən çox maraqlı olan klub “Real”dır.

Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2018-ci ildə 180 milyon avro qarşılığında “Monako”dan keçib.