11:10 01-07-2021
news_image
261
TOKİO-2020

Ulduzlarsız qalır – Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan imtina edən ulduzlar sırasına biri də əlavə olunub.

Apasport.az saytının məlumatına görə, dünyanın 6-cı raketkası Sofiya Kenin Yaponiya paytaxtında təşkil olunacaq yarışda iştirak etməyəcək.

Bunu 22 yaşlı ABŞ tennisçisinin özü açıqlayıb: “Olimpiadada oynamayacağam. Bu, çətin qərar idi, amma bunu agentlərimlə müzakirə etdik. Mən öz komandamdan heç kimi apara bilməyəcəkdim. Bu da müəyyən qədər mənim istədiyim deyil. Bu, asan deyildi, mən Olimpiya Oyunlarını sevirəm”.

Qeyd edək ki, Keninə qədər 3-cü raketka rumıniyalı Simona Halep və reytinqin səkkizincisi ABŞ təmsilçisi Serena Uilyams da Tokio-2020-yə qatılmayacağını açıqlayıb.