22:12 01-07-2021
news_image
143
FUTBOL

Ronaldo 10-cu, Messi 17-ci – dünyada

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, cədvələ yığma və qitə miqyaslı turnirlərdə ən azı 6 qol vuran 20 futbolçu daxil edilib.

İlin ilk 6 ayının ən yaxşı bombardiri Ali Mabutdur. “Əl-Cəzirə” klubunun futbolçusu BƏƏ yığmasının heyətində 11 qola imza atıb.

İkinci sırada Robert Levandovski qərarlaşıb. O, “Bavariya”da 3, Polşa millisində 7 dəfə fərqlənib.

İlk “üçlüy”ü mərakeşli Sofian Rahimi qapayır. “Raca” klubunda 4 qola imza atan hücumçu yığmada 5 dəfə rəqib qapısına yol tapıb.

Ulduzlardan Edinson Kavani 8 qolla 7-ci, Kriştiano Ronaldo və Memfis Depay 7 qolla 10-cudursa, eyni sayda fərqlənən Killian Mbappe 14-cü yerdədir. 6 dəfə qol sevinci yaşayanlardan Romelu Lukaku 16-cı, Lionel Messi ilə Kərim Benzema 17-dir.