11:17 01-07-2021
news_image
328
FUTBOL

Karyerasını bitirdi, məşqçiliyə başladı - “Xəzər Lənkəran”ın sabiq futbolçusu

“Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov karyerasını başa vurub.

Bu barədə apasport.az saytına futbolçu özü məlumat verib.

Ramaldanov bildirib ki, bundan sonra kluba məşqçi kimi xidmət edəcək. O, əsas komandanın baş məşqçisi Elmar Baxşıyevin köməkçilərindən biri olacaq.

Karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Qəbələ” və Gürcüstan klubu “Kolxeti”də çıxış edən 35 yaşlı Rasim Ramaldanov Azərbaycan Premyer Liqasında ümumilikdə 178 oyunda 4 qol vurub. 2017-ci ildən formasını geyindiyi “Qəbələ” ilə 32 çempionat matçına çıxan müdafiəçi aktivinə 1 qol yazdırıb.

Ramaldanov eyni zamanda Azərbaycan millisində 17 qarşılaşmada meydana çıxıb.