12:15 01-07-2021
news_image
242
AVRO-2020

Bakıdakı son oyunun hakimi açıqlandı – AVRO-2020

AVRO-2020-nin 1/4 final mərhələsinin hakim təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turnirin Bakıda keçiriləcək son matçını idarə edəcək referi də müəyyənləşib.

İyulun 3-də Bakı Olimpiya Stadionunda baş tutacaq Çexiya – Danimarka görüşünü niderlandlı Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Roekal və Ervin Zeynstra köməklik göstərəcəklər.

Rusiyalılar Sergey Karasyov və İqor Demeşko müvafiq olaraq 4-5-ci hakim funksiyasını icra edəcəklər.

VAR hakimi Pol van Boekel (Niderland) olacaqsa, ona həmyerlisi Kevin Blom, həmçinin İtaliyadan Filippo Meli ilə Massimiliano İrrati kömək edəcək. Matçın hakim inspektoru isə rusiyalı Nikolay Levnikov olacaq.

Qeyd edək ki, Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq.